Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo bu il də kuboksuz qaldı

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 29-cu tur oyununa çıxıb.

Press.az xəbər verir ki, komanda bu dəfə "Əl-İttifaq"la heç-heçə edib - 1:1. Ronaldo start heyətdə meydana çıxıb və 84-cü dıqiqədə əvəzlənib.  "Əl-Nəsr" bu heç-heçə ilə xallarını 64-ə çatdırıb.

Lider "Əl-İttihad" isə "Əl-Feyda"nı məğlub edib - 3:0. Bununla da "Əl-İttihad"ın xallarının sayı 69-a yüksəldib. Nəticədə sözügedən komanda sona 1 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. "Əl-Nəsr" isə 2-ci olub. 

Ronaldo bununla ardıcıl 2 mövsümdür ki, kuboksuz qalır. O, ötən mövsüm "Mançester Yunayted"in heyətində də kubok qazana bilməmişdi.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-dan "Əl-Nəsr"in futbolçusudur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI