Fransa Liqa 1-də 2022/23 mövsümünün çempionunun adına aydınlıq gəlib.
Press.az xəbər verir ki, bu, PSJ olub.
Paris təmsilçisi 37-ci turda səfərdə "Strasburq"la qarşılaşıb və 1:1 hesablı heç-heçə edib. Nəticədə PSJ xallarının sayını 85-ə yüksəldib və sona 1 tur qalmış ən yaxın izləyicisi "Lans"ı 4 xal qabaqlayıb. Bununla da PSJ tarixində 11-ci dəfə Fransa çempionu olub.
"Strasburq" – PSJ - 1:1
Qollar: Qameyro, 79 – Messi, 59.