Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək son klub müəyyənləşib.
Pres.az xəbər verir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasında dördüncü yeri tutaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. “Qırmızı-qaralar” buna 36-cı turda öz meydanında “Kəpəz”lə heç-heçə (1:1) etməklə nail olub.
Xalını 50-yə çatdıran Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Zirə” ilə eyni xal toplasa da, şəxsi oyunlardakı üstünlüyə görə dördüncü yeri tutub.
Qeyd edək ki, “Zirə” son turda səfərdə “Sumqayıt”ı məğlub edib - 3:0.