Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Şamaxı" Premyer Liqada sonuncu oldu, "Qəbələ"dən heç-heçə, "Zirə"dən qələbə

27 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 36-cı-sonuncu turuna start verilib.

Press.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. "Sumqayıt" "Zirə"yə 0:3 hesabı ilə uduzub. "Qəbələ" "Kəpəz"lə bərabərə qalıb - 1:1. Bu nəticədən sonra xalını 50-yə çatdıran Elmar Baxşıyevin komandası yarışı 4-cü pillədə başa vurub. "Zirə" də eyni xalı toplasa da, şəxsi oyunlarda üstünlüyə görə komanda ilk 4-lükdə yer alıb. Beləliklə, Azərbaycan kubokunun finalında “Neftçi” ilə matçın nəticəsindən asılı olmayaraq 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq.

Bundan əvvəl "Qarabağ" Çempionlar Liqasına, "Sabah" və "Neftçi" Konfrans Liqasına vəsiqəni təmin edib.

Günün son qarşılaşmasında "Səbail" "Şamaxı"nı qəbul edib. “Səbail” "Şamaxı"ya 1:0 hesabı ilə qalib gələrək 29 xalla 9-cu, “Şamaxı” isə 25 xalla 10-cu yeri tutub. Daha əvvəl AFFA rəhbərliyi əvvəlki son illərdən fərqli olaraq bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb.

27 may (şənbə)

20:00. “Səbail” – “Şamaxı” - 1:0

Qol: Franko Mazurek, 45+1

Qırmızı vərəqə: Elmir Tağıyev, 90+2 ("Səbail")

“ASCO Arena”

17:30.“Sumqayıt” – “Zirə”  - 0:3 

Qollar: Rəhim Sadıxov, 10, 67, Toni Qomes, 89
“Kapital Bank Arena”

17:30.“Qəbələ” – “Kəpəz” - 1:1

Qollar: İsnik Alimi, 45+4-pen.(1:0), Zamiq Əliyev, 80 (1:1)
Qəbələ şəhər stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI