"Real Madrid" və "Liverpul" komandaları arasında nəhəng transfer mübadiləsi baş tuta bilər.
Press.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Kral klubu" Endryu Robertsonu heyətinə cəlb etmək istəyir. "Real Madrid" isveç müdafiəçi üçün 45 milyon avro və hücumçusu Vinisius Junioru verməyi düşünür.
Son dönəmlərdə İspaniyada irqçiliyə məruz qalan braziliyalı hücumçu komandasını dəyişməyi fikirləşir. 22 yaşlı ulduzun həftəyə 380 000 avro maaşını qarşılayacaq tək liqanın Premyer Liqa olduğu bildirilir.
Qeyd edək ki, Vinisiusun hazırkı transfer qiyməti 120 milyon avrodur.