Azərbaycanlı FİFA referisi Elçin Məsiyev Macarıstanda keçirilən gənclər arasında (U-17) Avropa çempionatının final mərhələsininin növbəti oyununu idarə edib.
Press.az xəbər verir ki, o, Sloveniya - İtaliya görüşünün baş hakim olub. Məsiyev İtaliyanın 3:0 hesabı ilə qalib gəldiyi bu matçın 19-cu dəqiqəsində sloveniyalı futbolçu Zan Trivunçeviçi qırmızı vərəqə ilə cəzalandırıb. Məsiyev həmçinin, Sloveniyadan Miso Bresko, İtaliyadan isə Edoardo Sadotti və Como De Pieriyə sarı vərəqə göstərib.
İtaliya 3 oyuna 3 xalla qrupda 3-cü, Sloveniya eyni nəticə ilə 4-cüdür. İspaniya millisi 7 xalla qrup lideridir.
Qeyd edək ki, Elçin Məsiyevin köməkçiləri Elşad Abdullayev və Adami Cefri (Niderland) olub.