Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çalhanoğlu yeni müqavilə bağlayacağını təsdiqlədi

25 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyəli futbolçu Hakan Çalhanoğlu tezliklə “İnter”lə müqaviləsini uzadacağını bildirib.

Press.az “Sky Sports”a istinadən xəbər verir ki, o, Milan təmsilçisində xoşbəxt olduğunu deyib:

“İnter”də xoşbəxtəm, bu, sirr deyil. Buraya gəldiyim gündən etibarən hər şey qaydasındadır. Azarkeşlərin dəstəyini görəndə özümü daha yaxşı hiss edirəm. Müqaviləmin yenilənməsi ilə bağlı razılıq əldə olunub. Məsələnin rəsmi şəkildə gerçəkləşməsinə yaxınıq. “İnter”də arzularımı reallaşdıracam və xoşbəxt olmağa davam edəcəm”.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2021-ci ilin iyulundan "İnter"də oynayır. O, bu mövsüm Milan klubunun heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.  Futbolçunun A seriyası təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI