Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Aysel Şükürova Dubayda özünə 68 min dollarlıq “hədiyyə etdi” - VİDEO

24 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məşhur bloqer Aysel Şükürova Dubayda özünə doğum günü keçirib. 

30 yaşına qədəm qoyan sosial şəbəkə fenomeninin dünyanın ən hündür tikilisi Bürc Xəlifə binasının üzərində 3 dəqiqəlik videogörüntüləri əks olunub.

Ginnesin Rekordlar kitabına düşmüş Bürc Xəlifədə 3 dəqiqəlik reklamın qiyməti həftəiçi 68 min (təxminən 115600 manat), həftəsonu isə 95 min dollar (təxminən161500 manat) təşkil edir.

Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Aysel “Xoş gəldin yeni yaşım, xəyallarım, ümidlərim, sevinclərim... Xoş gəldin 30 yaş” şərhini yazıb. 

Qeyd edək ki, Aysel Şükürova Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun qızıdır.

 

Oxşar xəbərlər
OTACI