Roberto Firmino 7 ildən sonra bu mövsümün başa çatmasının ardından "Liverpul"u tərk edəcək.
Press.az xəbər verir ki, braziliyalı oyunçu artıq “Enfild” stadionunda son oyununu keçirib və hətta bu matçda “Aston Villa”nın qapısına qol vurub.
“German Sky”ın məlumatına görə, mövsümün son ev oyunu başa çatdıqdan sonra Firmino hədiyyələr paylayıb. Hədiyyələt klubun futbolçularına və əməkdaşlarına, eləcə də futbolçunun dəvət etdiyi qonaqlara təqdim olunub.
Ümumilikdə Roberto 200 hədiyyə dəsti hazırlayıb ki, onların arasında öz avtoqrafı olan köynəklər və xüsusi ətirlər var.
31 yaşlı oyunçu özünə yeni klub tapmağa hazırlaşır.