İspaniya Kral Futbol Federasiyası (RFEF) "Real Madrid"in futbolçusu Vinisius Juniorun La Liqanın XXXV turunda "Valensiya" ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.
Press.az-ın xəbərinə görə, qərar barədə RFEF-nin mətbuat xidmətindən bildirilib.
22 yaşlı forvard bu gün "Rayo Valyekano" ilə görüşdə meydana çıxa biləcək.
Qeyd edək ki, Vinisius Junior "Valensiya" ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb.
Görüşün ikinci yarısında mübahisə yaşanıb və Vinisius daha əvvəl boğazını arxadan sıxan hücumçu Hüqo Duronun üzünə yumruq vurub.
Vinisius Junior karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.