Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ən çox baş məşqçi dəyişikliyi olan liqalar açıqlandı: Azərbaycan çempionatı neçəncidir?

24 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2022/23 mövsümündə ən çox baş məşqçi dəyişikliyi olan futbol liqalarını açıqlayıb.

60 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası (APL) 50-ci pillədə qərarlaşıb.

APL-də bu mövsüm dörd baş məşqçi dəyişikliyi baş verib. “Kəpəz” mövsümə başladığı Yaşar Vahabzadəni uzun müddət postunda saxlamayıb. O, avqustda istefaya göndərilib və komandanı bir oyuna Xaliq Mərdanov çıxarıb. Bundan sonra isə Gəncə klubu Tərlan Əhmədova həvalə edilib.

Digər dəyişikliklər “Səbail” və “Sumqayıt”da olub. Paytaxt klubu Mahmud Qurbanovu Şahin Diniyev, “gənclik şəhəri” təmsilçisi belaruslu Aleksey Baqanı Samir Abasovla əvəzləyib.

Ən çox dəyişiklik Bosniya və Herseqovina çempionatında baş verib. 12 komandanın yer aldığı turnirdə 11 belə hal yaşanıb. Şimali Makedoniyada (11 komanda) 10, Serbiya Super Liqasında (16 komanda) 14 dəyişiklik qeydə alınıb.

Böyük beşlik çempionatlarına gəlincə, burada ilk yeri İngiltərə Premyer Liqası tutur. “Dumanlı Albion”da 11 baş məşqçi dəyişikliyi qeydə alınıb. İspaniya La Liqası və Fransa Liqa 1-də 10 klub çalışdırıcısını yenisi ilə əvəzləməyi lazım bilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI