Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov nüfuzlu beynəlxalq mükafata layiq görüldü

24 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə İdman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Fair Play Diplomuna layiq görülüb.

Press.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

CİFP prezidenti Jenö Kamuti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası vasitəsilə baş məşqçinin adına şəxsi məktub göndərib. Məktubda qeyd olunur ki, Q.Qurbaniv İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinə görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Fair Play Diplomu ilə təltif olunub.

Bu mükafat mütəxəssisə ötən mövsüm Konfrans Liqasının pley-offunda "Marsel"lə cavab görüşündə (0:3, ilk oyun - 1:3) etdiyi feyr pley davranışına görə verilib. Oyunda polşalı baş hakim Bartoş Frankovski "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu qeydə alıb. Lakin Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra baş hakimə qolun qaydalar çərçivəsində vurulmadığını bildirib. Nəticədə qol ləğv olunub.

Q.Qurbanov CIFP tərəfindən təşkil edilən 2022 Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasiminə dəvət olunub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI