Bu il Fransada keçirilən 76-cı Kann Film Festivalında hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Ukrayna bayrağının rənglərində libas geyinən bloger İlona Çernobay qırmızı xalıda yeriyərkən üzərinə qırmızı boya töküb.
O, bununla öz ölkəsinə dəstək olmağa çalışıb. Bunu mötəbər festivalın qonaqları və jurnalistlərin gözü önündə edən bloger daha sonra mühafizəçilər tərəfindən festivaldan çıxarılıb.
Blogerin bu görüntüləri dünya mediasında sürətlə yayılaraq müzakirələrə səbəb olub.
Yaşanan hadisə bir sıra məşhur xəbər portallarında oxuculara, "Ukraynalı bloger provokasiya etdiyi üçün qırmızı xalıdan uzaqlaşdırıldı", - kimi başlıqlarla təqdim edilib. //BAKU.WS
Blogerin sözügedən görüntülərini təqdim edirik: