Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunu tərk edə bilər.
Portuqaliyalı futbolçu komanda ilə müqaviləni vaxtından əvvəl pozmaq niyyətindədir. Ronaldunu bu fikrə Səudiyyə Ərəbistanı reallığının müasir cəmiyyətdən uzaq olması gətirib. O, artıq ölkədə və klubda dözə bilmir. Ulduz futbolçu yaxın ətrafına Avropaya qayıtmaq istədiyini deyib.
38 yaşlı forvardın “Ən-Nəsr”lə müqavilənin bitməsinə hələ iki il var. O, sözləşməni vaxtından əvvəl ləğv etmək istəsə, qarşı tərəfə təzminat ödəməlidir. Bundan başqa, üzrlü səbəb olmadığı üçün futbolçunun sanksiyalara məruz qalması mümkündür.
Ronaldu bu ilin yanvarında “Ən-Nəsr”ə keçib. O, Səudiyyə Ərəbistanı çempionatında 14 oyun keçirib və 13 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Mundo Deportivo