Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus"un xalları yenidən silindi - Rəsmi

22 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə "Yuventus"un A seriyasında 10 xalının silinməsinə qərar verib.

Press.az xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb. Beləliklə, xalı 69-dan 59-a düşən Turin klubu A seriyasının turnir cədvəlində 2-ci pillədən 7-ci yerə enib.

"Yuventus" rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi təqdim etməkdə, audit nəzarətinə mane olmaqda ittiham olunub.

Ötən ilin noyabrında "Yuventus"un idarə heyətinin əksər üzvləri, o cümlədən prezident Andrea Anelli istefa verib.

Xatırladaq ki, İtaliya Futbol Federasiyası yanvar ayında maliyyə fırıldaqlarına görə "Yuventus"un A seriyasında 15 xalını silmişdi. Aprel ayında isə İtaliya İdman İdarəsi müvəqqəti olaraq cəzanı ləğv etmişdi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI