"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubdakı gələcəyi ilə bağlı sualları cavablandırıb.
Press.az xəbər verir ki, mütəxəssis Turin təmsilçisində qalmaq istədiyini bildirib: “Artıq klubun sahibləri ilə danışmışam və fikirlərimi bölüşmüşəm. Amma indi gələcək haqqında danışmağın mənası yoxdur, çünki qarşıda vacib matçlar var. Mənim iki illik müqaviləm var. Seçimimə gəlincə, mən 100 faiz qalmağın tərəfdarıyam. Amma buna qərar vermək tək mənim üçün deyil. Mən ancaq öz seçimimin nə olduğunu danışa bilərəm, başqalarının nə düşündüyünü bilmirəm. Direktorlar şurası öz qiymətini verəcək, biz həmişə olduğu kimi işləməyə davam etməliyik".
Qeyd edək ki, "Yuventus" hazırda A seriyasında 69 xalla 2-cidir. Maliyyə pozuntularına görə klubdan 12 xal silinə bilər.