"Barselona" 21 əsrdə ilk dəfə "Real Sosyedad"a "Nou Kamp"da uduzub.
Press.az "Opta"ya istinadən xəbər verir ki, bu, La Liqanın son turunda baş verib. Kataloniya klubu evdə 1:2 hesabı ilə məğlub olub.
"Real Sosyedad" sonuncu dəfə 1991-ci ildə, Yohan Kroyfun “Barselona”nı çalışdırdığı vaxt bunu bacarmışdı (3:1).
Xatırladaq ki, "Barselona" ötən tur çempionluğunu təmin edib.