"Yuventus"u A seriyasında 12 xallıq cəza gözləyir.
Press.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Klubun maliyyə pozuntuları ilə bağlı araşdırma 400 gündən çox davam edir. Prokurorluq araşdırmanın yekununda 9-12 xala qədər cəza tələb edə bilər. Sanksiya ilə bağlı qərar sabahkı məhkəmə iclasında veriləcək. Proseslərin bununla bitməyəcəyi və ən azı avqust ayına qədər davam edəcəyi qeyd olunur. Əvvəllər "Yuventus"un A seriyasında aktivindən 15 xal silinmişdi. Lakin klubun şikayətindən sonra bu cəza ləğv olunub.
“Yuventus” bu mövsüm İtaliya çempionatında 35 oyunda 69 xal toplayıb. Komanda 2-ci yerdədir. Turin təmsilçisinin aktivindən 12 xal silinsə, klub 7-ci pilləyə enəcək.