Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gündoğandan çempionluq şərhi

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin kapitanı İlkay Gündoğan bu mövsüm İngiltərə Premyer Liqasının çempionu olmaqları barədə danışıb.

Press.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi önəmli uğura imza atdıqlarını deyib:

“Klubun ardıcıl üçüncü Premyer Liqa çempionluğunu qazanmasına kömək etmək çox xüsusi bir şeydir. Premyer Liqa, şübhəsiz ki, dünyanın ən tələbkar və rəqabətli liqasıdır. Bu, çempionluğumuzun nə qədər önəmli nailiyyət olduğunu göstərir. Komandamız istedadlı və xüsusidir. Bbu mövsüm kapitan olmaq böyük şərəf idi.

Mən də Pepə, bütün məşqçilər korpusuna və bu futbol klubunda çalışan hər kəsə təşəkkür etmək istəyirəm. Hər gün onlar bizə, oyunçulara, uğur qazanmağa çalışmaq üçün lazım olan hər şeyə sahib olmağımıza kömək edirlər. Onların dəstəyi olmasaydı, heç vaxt bu titulu qazana bilməzdik. Bu, heç vaxt unuda bilməyəcəyim mövsüm idi".

Qeyd edək ki, İlkay 2016-cı ildən "şəhərlilər"in futbolçusudur. Onun "Barselona"ya keçəcəyi ehtimal olunurdu. Lakin ötən gün "Mançester Siti" çempionluğu rəsmiləşdirdikdən sonra İlkayın klubda qalacağı yazılır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI