First slide

Gimnastımız Avropa 3-cüsü oldu

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən 39-cu Avropa çempionatında bürünc medal qazanıb.

Press.az xəbər verir ki, o, top ilə hərəkətlərin icrasında 32,850 xal alıb və 3-cü olub.

 

İtaliyalı gimnast Sofia Raffaeli 33,650 xalla yarışı 1-ci, Bolqarıstan təmsilçisi Stiliana Nikolova 33,350 xalla 2-ci pillədə yeri tutub.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.

Oxşar xəbərlər
OTACI