First slide

De Xea "Qızıl əlcəy"i qazandı

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Yunayted"in futbolçus David De Xea 2022/23 mövsümündə Premyer Liqada "Qızıl əlcək" mükafatının qalibi olub.

Press.az xəbər verir ki, 37-ci turda "Mançester Yunayted" "Bornmut"u 1:0 hesabı ilə məğlub edib. Nəticədə de Xea Premyer Liqanın cari mövsümündə 17-ci matçında qol buraxmayıb. O, sona 1 tur qalmış bu göstəricidə liqanın vahid lideri olub.

 

Mükafata iddialı olan Alisson Bekker ("Liverpul"), Nik Pope ("Nyukasl") və Aaron Ramsdeyl ("Arsenal") artıq "Mançester Yunayted"in qapıçısına yetişə bilməyəcəklər.

De Xea 2017/18 mövsümündə "Qızıl əlcəy"i qazanmışdı. O, həmin vaxt 18 görüşdə qol buraxmamışdı. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

OTACI