Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Stadionda izdiham nəticəsində 12 nəfər həlak oldu

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

El Salvadorda stadionda izdiham nəticəsində azı 12 nəfər ölüb.

Press.az xəbər verir ki, hadisə ölkənin paytaxtı San Salvadorda "Alyans" və FAS komandaları arasında keçirilən oyun zamanı baş verib.

Darvazalar bağlı olan zaman çoxlu sayda azarkeş tribunalara girməyə cəhd edib. Bu vaxt onlar xəsarət alıblar. Səlahiyyətlilər saxta biletlərin bəzi azarkeşlərə satıldığını güman edir və araşdırmanın aparıldığını bildirib. Nəticədə matç dayandırılıb, bazar gününə planlaşdırılan El Salvador çempionatının oyunları təxirə salınıb.

Rəsmi məlumatlara görə, izdihamda azı 12 nəfər ölüb. El Salvador Mülki Müdafiə Xidmətinin sözçüsü bildirib ki, 500-ə yaxın insana tibbi yardım göstərilib, onların çoxu xəstəxanalara aparılıb.

Səhiyyə naziri Fransisko Alabi yaralıların əksəriyyətinin vəziyyətinin stabil olduğunu bildirib.

Salvador prezidenti Nayib Bukele komandalar, onların menecerləri, stadion rəhbərliyi, liqa və futbol federasiyası daxil olmaqla hər kəsin araşdırılacağını bildirib.

Bukele, "Təqsirkarlar kim olursa olsunlar, cəzasız qalmayacaqlar" dedi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI