Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fergüsson Ronaldonu niyə kapitan etməmişdi? - Əsl səbəb məlum oldu

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kriştiano Ronaldo 2006-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edərkən komandanın həmin vaxtlardakı baş məşqçisi Aleks Fergüsson hücumçunu bəyənirdi. Buna baxmayaraq, o, Ronaldoya kapitanlıq sarğısını verməmişdi.

Press.az xəbər verir ki, "qırmızı şeytanlar"ın sabiq futbolçusu Qarri Nevill illər sonra bunun səbəbini açıqlayıb. O deyib.

“Möhtəşəm komandamız var idi: Ronaldo, Runi, Teves, Giqqz, Skoulz, Karrik, Ferdinand, Vidiç, Evra, Van der Sar. ... bu qrupda bəzi böyük şəxsiyyətlər və oyunçular var idi.

Bir gün mən ser Aleksin yanına getdim. O mənə dedi: “Bu lənətə gəlmiş sarğı sənindir, oğlum". Və sonra izah etdi: “Sən və Giqqz kapitan olacaqsınız. Sarğını Ronaldoya versəm, Runi narazı qalacaq. Sarğını Runiyə versəm, Ronaldo əsəbiləşəcək. Vidiçə versəm, Ferdinand xoşbəxt olmayacaq”.

Beləliklə, Giqqz və mən kapitan idik".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI