Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Firminodan ayrılıq açıqlaması

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Liverpul"un hücumçusu Roberto Firmino cari mövsümün sonunda İngiltərə klubunu tərk etmək qərarı barədə danışıb.

Press.az xəbər verir ki, 31 yaşlı hücumçu "mersisaydlılar"da keçirdiyi illərin onun üçün xüsusi olduğunu deyib:

“Təəssüf ki, yoluma başqa bir komandada davam etməyin vaxtıdır. Mən burada yaşadığım möhtəşəm hekayə ilə fəxr edirəm. Bu, tamamilə inanılmaz idi. Biz gələcək nəsillərə böyük bir miras qoyub gedirik. "Liverpul"da sevilməyim məni çox xoşbəxt edir. Bu cür güclü futbolçularla birlikdə oynamaq mənim üçün şərəf idi".

Daha əvvəl "Liverpul" 31 yaşlı braziliyalının müqaviləsini yeniləməyəcəyini açıqlamışdı.

Qeyd edək ki, Firmino 2015-ci ildən "Liverpul"da oynayır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI