Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pelenin məzarı ziyarət üçün açıldı

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Braziliyalı əsanəvi futbolçu Pelenin dəfn edildiyi, Santos şəhərindəki "Memorial Necropole Ecumenica" məzarlığının birinci mərtəbəsi ziyarətçilərin üzünə açılıb.

Press.az xəbər verir ki, 14 mərtəbəli məzarlığın ilk mərtəbəsində keçmiş hücumçunun məqbərəsi, həmçinin onun futbolçu karyerası zamanında çıxış etdiyi "Santos"un, Braziliya millisinin və "Nyu York Kosmos"un formaları yer alır.

Pelenin oğlu Edinyo atasının məzarlığının ziyarətə açılması haqda danışıb: "Hələ də çox məyusuq. Onun üçün çox darıxırıq. Ancaq atama qarşı sevgi və hörməti görəndə qürur duyuruq".

Edinyo atasının məzarlığının böyük sevgi ilə hazırlandığını deyib: "Bu, ailəmiz üçün unudulmaz bir andır. Kral burada əbədi olaraq xatırlanacaq".

Məzarlıq saat 09:00-dan 12:00-dək, 14:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, Pele 2022-ci ildə, 82 yaşında dünyasını dəyişib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI