Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Beşiktaş"ın sabiq futbolçusu: "Qarabağ"la Bakıdakı oyun pis gün idi"

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”la ilk oyundan sonra hiss etdik ki, bu səviyyədə mübarizə aparmaq üçün hər şeyimiz var".

Press.az xəbər verir ki, bunu "Lex"in (Polşa) futbolçusu Pedru Reboşu deyib.

Portuqaliyalı sol cinah müdafiəçisi bu mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:0, 1:5) xatırlayıb. "Beşiktaş"ın sabiq futbolçusu olan 28 yaşlı oyunçu Poznan klubunun rəsmi saytına müsahibəsində Ağdam komandasına Bakıda 1:5 hesabı ilə uduzduqları matçın onlar üçün pis gün olduğunu bildirib:

"Cavab oyunundan sonra da məyusluğa baxmayaraq, Avropada gözəl macəra yaşaya biləcəyimizi başa düşdük. Pis gün idi, amma o zaman düşündük ki, Avropada inkişafa doğru gedə bilərik. Tezliklə qalib gəlməyə də başladıq. Bundan sonra gələcək uğurlara tam inamımız oldu. Onsuz da qrup mərhələsində və ya pley-off mərhələsində çətin olacaqdı. Amma xüsusən evdə "Qarabağ"ın  öhdəsindən gələ bildik".

Qeyd edək ki, "Lex" ÇL-in I təsnifat mərhələsində evdə Ağdam təmsilçisinə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 1:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Komanda daha sonra Avropa Konfrans Liqasının 1/4 finalına qədər irəliləyib və burada hazırda turnirin finalçısı olan "Fyorentina" səddini keçə bilməyərək çıxışını başa vurub. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI