Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan güləşçiləri Qazaxıstanda nə qədər pul qazandı? – FOTOLAR

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astanada Qazaxıstanın Olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnir keçirilib.

Press.az xəbər verir ki, mayın 16-dan 18-dək davam edən ənənəvi yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən millimizin 11 üzvü fəxri kürsüyə qalxıb.

İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq) və Ruslan Nurullayev (72 kq) qızıl, İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Təvəkkül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal qazanıb. Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Qalib idmançıya 300 min tenge (1140 manat), gümüş medalçıya 200 min tenge (760 manat) və bürünc medalçılara 100 min tenge (380 manat) pul mükafatı və sertifikat təqdim olunub. Qızıl medal qazanan idmançının şəxsi məşqçisinə isə 50 min tenge (190 manat) verilib. Beləliklə, ümumilikdə millimiz 8170 manat qazanıb.

Qeyd edək ki, yığmamız Astanadan iyunun 2-də vətənə qayıdacaq. Həmin tarixədək yerli komanda ilə birgə Avropa çempionatına hazırlıq məqsədi ilə təlim-məşq toplanışı baş tutacaq. U-20 Avropa çempionatı iyunun 26-dan iyulun 2-dək İspaniyanın Santyaqo de Kompostela şəhərində keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI