"Yuventus"un üç aparıcı futbolçusu klubun baş məşqçisi Massimiliano Alleqridən narazıdır.
Press.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb. Bildirilib ki, Turin təmsilçisində Xuan Kuadrado, Anxel di Mariya və Federika Kyesa mütəxəssəsin Avroliqanın yarımfinalında "Sevilya"ya qarşı cavab matçında da seçdiyi plandan narazı qalıb.
Kuadrado görüşdən əvvəl bu sözləri deyib: "Məşqçi bizə icazə verərsə, yüksək təzyiq göstərəcəyik".
Qeyd edək ki, "Yuventus" "Sevilya"ya 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.