Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Dilarə o soyunan qızdır?” - Şəbnəm tanımadı

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Dilarə Kazımova qonaq olduğu proqramda ifa zamanı Şəbnəm Tovuzlunun adını hallandırıb.

Belə ki, sənətçi “El Canlı” proqramında təşkil olunan əyləncəli rubrikada iştirak edib. İfaçı “Dəm olmuşam” mahnısının sözlərini dəyişdirərək, ona yaradıcı heyət tərəfindən təqdim olunan “Nəm olmuşam, Tovuzlu Şəbnəm olmuşam, neyləyim?” – deyə, oxuyub. Dilarə həmçinin, müğənni Türkan Vəlizadənin də adını çəkib.

Yumoristik görüntülər sosial şəbəkələrdə yayılıb. İzləyicilərin fikrincə, Dilarənin bu hərəkəti özünü adını çəkdiyi ifaçılardan üstün görməsi kimi düşünülüb. 

Bununla bağlı OLAY-a münasibət bildirən müğənni Şəbnəm Tovuzlu qeyd edib ki, Dilarəni tanımır:

“Dilarə Kazımova kimdir ki? Mən heç onu, elə bir müğənnini tanımıram. Dilarə o soyunan qızdır? Heç kəs məni lağa qoya bilməz. Heç kəs Şəbnəm Tovuzlu da ola bilməz”. 

Ş. Tovuzlunun bu sözlərinə qarşı tərəfdən reaksiya verilib.  Dilarənin prodüseri bildirib ki, sənətçi qalmaqal yaratmaq məqsədində olmayıb:

“Verilişdə mahnının sözləri əvvəldən dəyişdirilib və Dilarə xanımın bu cür oxuması xahiş edilib. Orada qəbahətli bir şey yoxdur. Hamıya məlumdur ki, Dilarə Kazımova hər zaman qalmaqaldan uzaq biridir. Məqsədi qıcıq, ya da qalmaqal yaratmaq olmayıb”.

Oxşar xəbərlər
OTACI