Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatdı

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Arsenal"ın futbolçusu Qabriel Martinelli mövsümün qalan hissəsini buraxacaq.

Press.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 21 yaşlı hücumçu Premyer Liqanın 36-cı turunun “Brayton”la oyununda (0:3) topuq oynağının bağlarını zədələyib.

 

Braziliyalı bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Martinelli üçün mövsüm başa çatıb.  O, "Nottingem Forest" və "Vulverhempton"la matçları buraxacaq.

Qeyd edək ki, cari mövsümdə Martinelli bütün yarışlarda 46 oyun keçirib, 15 qol və 6 qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI