Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hər şey hazırdır: Çalhanoğlu ilə müqavilə yenilənir

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İnter"in rəhbərliyi yaxın vaxtlarda yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə müqaviləni uzatmağa hazırlaşır.

Press.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Türkiyəli yarımmüdafiəçinin klub ilə yeni müqaviləsi 2027-ci ilin iyununa kimi hesablanacaq. Artıq bütün sənədlər hazırdır. Tezliklə rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub, 8 qolun ötürməsini verib. Futbolçunun A seriyası təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir.

"Transfermarkt"a görə onun təxmini dəyəri 35 milyon avrodur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI