Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin tanınmış klubu həvəskarlar liqasına düşdü

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin köklü klublarından olan “Eskişehirspor” həvəskarlar liqasına düşüb.

Press.az xəbər verir ki, 3-cü liqada çıxış Eskişehir təmsilçisi sona bir tur qalmış “Elazığspor”a 3:6 hesabı ilə uduzub və çempionatı tərk edəcəyi dəqiqləşib. Komanda 26 xalla 17-ci sırada qərarlaşıb. 

Qeyd edək ki, “Eskişehirspor” 1970/1971 mövsümündə ölkə kubokunu qazanıb. 

Klub həmçinin 1968/1969, 1969/1970 və 1971/1972 mövsümündə Superliqanın gümüş mükafatçısı olub.

Xatırladaq ki, millimizin sabiq üzvü,“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 2010-2011 mövsümündə “Eskişehirspor” da çıxış edib. O, bu komandanın heyətində 5 rəsmi oyuna çıxıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI