Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir idmançımız Afrika çempionatında medal qazandı

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunisdə keçirilən 33-cü Afrika çempionatında medal qazanıb.

Press.az xəbər verir ki, son olaraq 73 kq-da mübarizə aparan Ömər Cavadov körpücük üzərinə çıxıb.  O, birdən qaldırma hərəkətində 143, təkanla qaldırmada 167 kq çəkini ram edib və toplam 310 kq (143+167) nəticə göstərib.

Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.

Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq), kişilərdən isə İsa Rüstəmov (67 kq) Afrika çempionu olub.

Xatırladaq ki, Azərbaycan millisi aprel ayında İrəvanda keçirilən Avropa çempionatında dövlət bayrağının yandırılması səbəbindən yarışı tərk edib. Ona görə də istisna hal kimi komandanın Afrika çempionatında iştirakına icazə verilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI