Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pioli: "Heç kim "Milan"ın finala çıxacağını gözləmir"

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Biz ikinci oyuna ən yaxşı şəkildə hazırlaşırıq. Komanda daha yaxşı çıxış edib qalib gəlmək əzmindədir. Bizim bir məqsədimiz var - qalib gəlib finala çıxmaq. Heç kim bunu əvvəlcədən proqnozlaşdıra bilməzdi. Üstəlik, indi heç kim finala çıxacağımızı düşünmür. Amma bilirəm ki, biz “İnter”lə rəqabət aparmağa qadirik".

Press.az xəbər verir ki, bu sözləri "Milan"ın baş məşqçisi  Stefano Pioli Çempionlar Liqasının yarımfinalında "İnter"lə cavab oyunu öncəsi deyib.

O, daha sonra bildirib: "Bu, futbolçuların xəyal etdiyi oyunlardır. Hesabda geri olduğumuzu bilirik, amma vəziyyəti öz xeyrimizə çevirə bilərik. Bizə sadəcə olaraq oyuna fəal başlamalı və rəqibi səhv etməyə məcbur etməliyik".

Çempionlar Liqasının ilk yarımfinal matçında “Milan” səfərdə “İnter”ə 0:2 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI