Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə Superliqasında yeni mövsüm üçün limit rəsmiləşdi

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Futbol Federasiyası 2023/24 mövsümü üçün Superliqada legioner limitini açıqlayıb.

Press.az qurumun saytına istinadən xəbər verir ki, Superliqada matç zamanı meydanda ən çox 8 legioner yer alacaq. Əsas komandanın oyun heyətində ən çox 14 əcnəbi futbolçunun adı daxil edilə biləcək.

Türkiyə 1-ci liqasında isə ilk 11-də 5, oyun heyətində isə 8 legioner yer ala biləcək.

Bu isə o deməkdir ki, hazırkı qaydalar yeni mövsümdə də qüvvədə qalacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə mediasında legioner limitinin tam ləğv olunacağı, komandaların meydana 11 əcnəbi oyunçu ilə çıxa biləcəyinə dair məlumat yayılmışdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI