Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Tofiq Bəhramov” stadionunun meydanında qazıntı işləri başladı - Video

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi başlayıb.

Press.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi xəbərə görə, ortük sıfırdan yenilənəcək. Bu o deməkdir ki, təkcə ot örtüyü deyil, onunla bağlı digər vasitələr, eləcə də drenaj sistemi də dəyişdiriləcək.

Yeni müasir ot örtüyünün avqust ayında hazır olacağı bildirlilir. İşlər Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu səbəbdən iyul ayında Avropa kuboklarında mübarizəyə başlayacaq “Qarabağ”ın ilk iki ev oyununu “Azərsun Arena”da keçirəcəyi gözlənilir.

Gənclər və İdman Nazirliyinin media üçün yaydığı açıqlamada bildirilir ki, hazırda ot örtüyü istismara yararsız vəziyyətdədir.

Bildirilib ki, meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır: "Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah" - “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb".

Meydançanın tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI