Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan atleti Afrika çempionatının qalibi oldu

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tunisin paytaxtı Tunis şəhərində ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib.

Press.az xəbər verir ki, bu yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb. Nazilə birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram edib, toplam 132 kq (60+72) nəticə göstərib. 

Bu nəticə ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.

Xatırladaq ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI