Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqanı tərk edəcək ilk komanda məlum oldu

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.

Press.az xəbər verir ki, ilk gündə 6 görüş keçirilib.

“Lids” – “Nyukasl” və “Çelsi” – “Nottingem Forest” matçları heç-heçə ilə başa çatıb. “Mançester Yunayted” “Vulverhempton”u, "Kristal Pelas" "Bornmut"u, "Aston Villa" "Tottenhem"i, "Fulhem" isə "Sauthempton"u məğlub edib. 

"Sauthempton" sıralamada 24 xalla 20-cidir. Komandanın sona 2 tur qalmış 17-ci yerdəki "Everton"la (35 oyun) 8 xallıq fərqi var. Bununla da "Sauthempton"un növbəti mövsüm Premyer Liqada olmayacağı dəqiqləşib.

Qeyd edək ki, turnir cədvəlinə 82 xalla "Mançester Siti" (34 oyun) liderlik edir. "Arsenal" 81 xalla 2-ci (35 oyun), "Nyukasl" isə 66 xalla (35 oyun) 3-cüdür. 

İngiltərə Premyer Liqası, 36-cı tur
13 may

"Lids" – "Nyukasl" - 2:2
Qollar
: Aylinq, 7. Kristensen, 79 – K.Uilson, 31-pen; 69-pen.

"Aston Villa" – "Tottenhem" - 2:1
Qollar
: Remsi, 8. D.Luis, 72 – H.Keyn, 90-pen.

"Çelsi" – "Nottingem Forest" - 2:2
Qollar
: Sterlinq, 51; 58 – Avoniyi, 13; 62.

"Kristal Pelas" – "Bornmut" - 2:0
Qollar
: E.Eze, 39; 58.

"Mançester Yunayted" – "Vulverhempton" - 2:0
Qollar
: Marsyal, 32. Qarnaço, 90+4.

"Sauthempton" – "Fulhem" - 0:2
Qollar
: K.Vinisius, 48. Mitroviç, 72.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI