Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" 10-cu dəfə Azərbaycan çempionu oldu

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasında 34-cü turunda bu gün "Qarabağ" "Səbail"in qonağı olub.

Press.az xəbər verir ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə da Ağdam təmsilçisi sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki "Sabah" (33 oyun, 77 xal) üçün əlçatmaz olub. Bununla da "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.

"Qarabağ" belə nəticə ilə Azərbaycan rekordunu qırıb. İndiyədək heç bir komanda 10 dəfə ölkə çempionu ola bilməyib.

“Neftçi”nin aktivində 9 çempionluq var.

Əlavə edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək.

13 may (şənbə)

20:30. "Səbail" - "Qarabağ" - 0:3

Qollar: Bəhlul Mustafazadə, 71, (0:1), Ramil Şeydayev, 77-pen. (0:2), Ramil Şeydayev, 86 (0:3)

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

"ASCO Arena".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI