Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Murad Musayev: "Cəsur oyunumuz xoşuma gəldi"

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Çox yaxşı oyun oldu. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda cəsur, açıq futbol oynadı. Azarkeşlər də oyundan həzz aldı. Ən önəmlisi odur ki, "Sabah" və bura gələnlər Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə dəstək oldu".

Press.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda "Beşiktaş"la keçirdikləri yoldaşlıq oyunundan (3:3) sonra deyib.

O, "Beşiktaş"la oyunun Konfrans Liqası öncəsi yaxşı təcrübə olduğunu deyib: "Belə hesab etmək olar. 30 min azarkeşin qarşısında oynadıq. Əsas odur ki, futbolçularım Vensan Abubakar və Cenk Tosundan qorxmadı. Qalib də gələ bilərdik. Cəsur oyunumuz xoşuma gəldi".

Mütəxəssis "Qarabağ"ın bu gün çempionluğu rəsmiləşdirəcəyi təqdirdə məyus olmayacaqlarını deyib: "Bu, baş versə, "Qarabağ" və Qurban Qurbanovu təbrik edəcəm. Onlar buna layiq idilər. Heç nə əhval-ruhiyyəmi korlamaycaq".

Musayevin "Penaltidən istifadə etsəydiniz, oyun başqa cür gedəcəkdi" sualına cavabı belə olub: "Məncə, o qədər də dəyişməzdi. Avropada da belə oynamaq istəyirik. "Beşiktaş" cinahları dəyişirdi, qısa ötürmələrlə çıxırdı. Amma qarşısını alırdıq".

Mütəxəssis daha böyük uğurlar üçün qurduqları planlardan danışıb: "Çempionatı başa vurandan sonra transferlər haqda düşünəcəyik. Komanda komplektləşəndən sonra nəsə demək olar. Yeni qan lazımdır. Futbolçular Azərbaycana gəlməyi çox da fikirləşmirlər".

"Bu oyundan sonra Aleksey Kaşukun transfer dəyərinin artacağını gözləmək olarmı" sualına bu cavabı verib: "Biz onu saxlamaq istəyirik. Amma hər şey bizdən asılı deyil. O, Avropa çempionatına yollanacaq. Necə olacağını görəcəyik".

Bu gün "Qarabağ" "Səbail"ə qalib gələrsə, çempionluğu rəsmiləşdirəcək. Musayev bu haqda da danışıb. O deyib:  "Peşəkar olmaq lazımdır. Birinci yerə çata bilmiriksə, qarşıdakı oyunları daha yaxşı oynamalıyıq. Bu emosiyaları, hissləri sevirik. Uşaqlar barədə nəsə söz verə bilmirəm. İnanıram ki, az oynayanlara şans verəcəyik ki, oynasınlar".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI