Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bakıya qələbə üçün gəlməmişdik" - Şenol Günəş

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bakıya dostluq matçı üçün gəlmişdik. "Sabah"a, Azərbaycan xalqına təşəkkür edirik. Matç dostluq ab-havasında başladı və 3:3 başa çatdı. İki tərəf də açıq futbol oynadı. Nəticə də dostluğun göstəricisidir. Burada olduğumuz üçün sevinirik. Oynamayanlara da şans verdik. Səməmiyyəti, sevgini görmək önəmli idi. Təşəkkür edirik".

Press.az xəbər verir ki, bu sözləri “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş “Sabah”la Bakıda keçirdikləri yoldaşlıq matçından sonra keçirilən mətbuat konfransında deyib. 

Güneş "Azərbaycanda Superliqa matçını oynamağı düşünürsünüzmü" sualına bu sözləri deyərək cavab verib:  "Tək millət, iki dövlət anlayışını himn səslənəndə gördük. Gözəl futbolu insanlara izlətdirmək borcumuz idi. "Qarabağ", "Sabah" avrokuboklarda oynayacaq. "Qarabağ" bu mövzuda öndə idi. "Sabah" sonradan yaranmasına baxmayaraq eyni uğuru qazanacağını düşünürük. Təbii ki, avrokuboklarda oynamaq asan deyil. Bizim burada olmağımızın bir tərəfi də yardım idi. Bakıdan Türkiyəyə zəlzələ bölgəsinə unutmayacağımızı göstərmiş olduq. Bunun davamı da gələcək. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirdik. Duyğular və yəyəcan var idi. Hesabda geriyə düşsək də, sonda bərabərə qaldıq. Yaxşı nəticə idi. Ən önəmlisi, futbol adına gözəl həyəcan oldu. Azərbaycanın bütün komandalarına təşəkkür edirəm".

Çalışdırıcı oyunun sonlarına yaxın Onur Bulutun səhhətində problem yaranması ilə bağlı bildirib:  "Onur Bulutun başı fırlanırdı. Durumuna baxacağıq. Oyunun əvvəlində top dəymişdi, heç nəyi yox idi. Sonlarda narahat oldu. Xəstəxanaya getdi".

"Artıq 3-cü matçdır ki, Bakıda qalib gələ bilmirsiniz. Səbəbi nədir" - deyə sualı bu cür cavablandırıb: "Bu, hazırlıq matçı idi. Digərləri rəsmi olmuşdu. Hazırlıq matçında qalib gəlsək də, udsaq da, önənmli deyildi. Bakıya qələbə üçün gəlməmişdik. Oynamayanları da oynatmaq istədik".

"Sabah" ilk 5 dəqiqədə 2 qol vurmasına da toxunub: "Futbolda hər dəqiqə qol ola bilər. Əvvəlində və ya sonunda olması önəmli deyil".

Ş.Günəş stadionda "Beşiktaş" azarkeşlərinin çoxluq təşkil etməsi haqda bunları deyib:  "Beşiktaş" böyük klubdur. Burada yetişən 10-12 yaşında uşaqlar var, bizim otelə gəlmişdilər, tanış olduq. "Beşiktaş" ailə komandasıdır".

Mütəxəssis hələlik gələcək üçün "Sabah"la işbirliyi planları qurmadıqlarını deyib: "Hazırda belə plan yoxdur. Amma hər zaman Azərbaycan klubları ilə hər mənada dialoq qurmağa hazırıq. Hər iki tərəf üçün də faydalı olar".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI