Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elnarə Abdullayeva: “Kiməsə görə özümü, ləhcəmi niyə dəyişdirməliyəm ki?”

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Heç kimin qəlbinə dəyən insan deyiləm. Düzdür, əsəblərimi bəzən cilovlaya bilmirəm. Elə vaxt olur ki, çılğına dönürəm. Məni hər şey əsəbiləşdirə bilməz. İnsanlardan gördüyüm haqsızlıq, ədəbsizlik məni özümdən çıxara bilər. Bəzən saymazlığa, bəzən də sözünün üstündə durmayan insanlara əsəbiləşirəm. Mən kişi kimi qadınam. Əlimdən hər iş gəlir. Həmişə deyirəm ki, o vaxt olsaydı, Həcər kimi at belində olardım”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib. Sevilən müğənni həmkarlarının plastik əməliyyatlarından da danışıb.

“Plastik əməliyyat yaxşıdır. Amma elələri var ki, gülünc vəziyyətə qoyurlar özlərini. Elə bilirlər ki, çox gözəldirlər. Amma daha bilmirlər ki, özlərini insanlara güldürürlər. Hamı gözəl, baxımlı görünmək istəyər. Artıq dərəcədə etdirmək olmaz. Kiçik toxunuşlar, düzəlişlər etmək olar. İnsan var ki, kökdür, arıqlamaq istəyir, arıqlaya bilmir. O, çıxış yolunu əməliyyatda görür. Bu, normaldır. Amma biri də var ki, gedib özünü gülünc vəziyyətə salır”, - deyə sənətkar bildirib.
Elnarə Abdullayeva heç vaxt ləhcəsini dəyişməyəcəyini bildirib.

“Mən kənddə böyümüşəm. Oradan gəlmişəm, Bakıda qalmışam. Mən niyə xasiyyətimi, özümü dəyişməliyəm ki? Axı kənddə mən belə danışmışam. Başqa ölkələrdə belə bir şey yoxdur. İnsan öz ləhcəsindən, şivəsindən utanmamalıdır. Mən bundan utanmıram. Kiməsə görə özümü dəyişdirmərəm, rola girmərəm. Rola girmək olar, amma üç-beş gün. Ondan sonra nə edəcəksən? Olduğum kimiyəm”, Elnarə Abdullayeva deyib.

Oxşar xəbərlər
OTACI