Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Əl-Hilal"ın prezidentindən Messi açıqlaması

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) prezidenti PSJ-nin futbolçusu Lionel Messini transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.

Press.az xəbər verir ki, o, bu haqda danışmaq istəmədiyini deyib:

 

“Mənə Messi haqqında sual verməyin. Mən sizə heç nə deməyəcəyəm. Mətbuat xidmətimiz açıqlama yaysa, görərsiniz. Mənim üçün komanda oyunçudan daha önəmlidir".

Qeyd edək ki, Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Parislilərin rəhbərliyi futbolçu ilə müqaviləni yeniləmək fikrində deyil. Daha əvvəl "Əl-Hilal"ın 35 yaşlı hücumçuya müqavilə təklif etdiyi barədə xəbərlər yayılmışdı. Lionel bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub və 19 qolun ötürməsini verib. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI