Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sabah" "Beşiktaş"la heç-heçə etdi

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün "Sabah"la Türkiyənin "Beşiktaş" klubu arasında yoldaşlıq matçı keçirilib.

Press.az xəbər verir ki,  görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılıb və 3:3 hesabı ilə başa çatıb.  Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov, köməkçi hakimlər Vüsal Məmmədov və Rəhman İmami, dördüncü hakim isə İnqilab Məmmədovdur.

Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyıb. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. 

Əlavə edək ki, "Sabah" Misli Premyer Liqasında 2-ci, "Beşiktaş" Türkiyə Superliqasında 68 xalla 3-cü pillədə qərarlaşıb.

13 may

18:00. "Sabah" - "Beşiktaş" - 3:3 

Qollar: Aleksey Kaşuk, 3 (1:0),5 (2:0), Meraş, 24 (2:1), 45 (2:2), Tosun, 63-pen (2:3), Davit Volkov, 70 (3:3)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu

Reallaşdırılmayan penalti: Mikkels ("Sabah"), 42-qapıçı 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI