Azərbaycan millisinin "Konyaspor"da çıxış edən üzvü Mahir Emreli zədəsini sağaldıb.
Press.az xəbər verir ki, o, komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu Superliqanın 26-cı turunda "Ümraniyespor"a qarşı keçirəcəkləri oyun üçün hazırlıq prosesinə qatılıb.
Xatırladaq ki, Mahir ötən ay icarə əsasında Zaqreb "Dinamo"sundan "Konyaspor"a keçib. O, martın 17-də "Qalatasaray"la matçda (2:1) meydana çıxmaqla həm "Konyaspor"da, həm də Superliqada debüt edib. Emreli məhz bu matçda zədələnib. Forvard millimizin Avro-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5) qarşı görüşləri üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, "Umraniyespor" - "Konyaspor" oyunu aprelin 2-də olacaq.