First slide

Mane Naqelsmanna futbolçuların qarşısında qışqırıb

29 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bavariya"nın hücumçusu Sadio Mane komanda yoldaşlarının gözü qarşısında Münhen klubunun sabiq baş məşqçisi Yulian Naqelsmanna qışqırıb.

Press.az xəbər verir ki, bu barədə insayder Kristian Falk məlumat verib.

Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyunundan sonra hücumçu ilə mütəxəssis arasında münaqişə yaranıb. Afrikalı oyunçu cəmi bir neçə dəqiqə meydanda qalmasından narazı qalıb.

Xatırladaq ki, "Bavariya" rəhbərliyi Almaniya Bundesliqasında "Bayer"ə məğlub olaraq (1:2) 2-ci pilləyə düşdükləri oyundan sonra Naqelsmannla yolları ayırmaq qərarına gəlib. Onu Tomas Tuhel əvəzləyib.

Oxşar xəbərlər
OTACI