Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"dan zədəlilərlə bağlı açıqlama

28 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Konfrans Liqasının pley-off mərhələsində "Gentl"ə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Yassin Benzia məşqlərə başlayıb.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

 

Onun sözlərinə görə, fransalı yarımmüdafiəçi komanda ilə məşq etsə də, növbəti oyuna hazır deyil. Klub rəsmisi monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin isə zədəsini sağaltdığını bildirib:

"Benzia tədricən komanda ilə məşqlərə qoşulub. Ancaq hələ hazır deyil. Böyük ehtimalla "Şamaxı" ilə görüşdə meydanda olmayacaq. Yankoviç isə kollektivlə məşqlərdə iştirak edir. Oyuna qədər tam hazır olacağı gözlənilir".

Qeyd edək ki,  "Qarabağ"ın Azərbaycan Premyer Liqasının 28-ci turunda "Şamaxı" ilə səfər matçı aprelin 2-də keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI