Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi

28 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray"ın prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib.

Press.az xəbər verir ki,  bununla bağlı İstanbul təmsilçisinin Tvitter hesabında klub rəhbərinin adından təşəkkür məktubu paylaşılıb:

"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram".

Xatırladaq ki, "Qalatasaray"ın 2:1 hesabı ilə qalib gəldiyi matçdan əldə olunan bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI