Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan millisi dünya çempionatına 21 idmançı ilə getdi

21 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Karate üzrə böyüklərdən ibarət Azərbaycan millisi və para-karate seçməsi Avropa çempionatında iştirak etmək üçün turnirin keçiriləcəyi İspaniyanın Qvadalahara şəhərinə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) yaydığı məlumata görə, martın 22-dən 26-dək baş tutacaq yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət kumite millisinin baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) fərdi yarışlarda, Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparacaqlar.

Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev turnirdə Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) fərdi yarışlarla yanaşı, komanda çıxışlarında da idarə edəcək.

Kata üzrə yığmanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu fərdi kata, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti isə komanda kata yarışlarına çıxaracaq.

Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı baş məşqçi Rənad Əliyev müşayiət edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev qitə birinciliyinin referiləri arasında olacaqlar.

AMKF prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov, eləcə də, federasiyanın baş katibi Qabil Sayadov EKF-in Konqresində iştirak edəcək.

Beş gün davam edəcək qitə çempionatına 48 ölkədən 468 idmançı qatılacaq . //  Press.az 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI