Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avstriyanın daha 3 futbolçusu millimizlə oyunu buraxacaq

20 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avro-2024-ün seçmə mərhələsində ilk oyununu millimizə qarşı keçirəcək Avstriya yığmasının daha üç futbolçusu heyətdən kənarlaşdırılıb.

Press.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Filip Linxart ("Frayburq"), Matias Honsak ("Darmştadt") və  Marko Arnautoviç ("Bolonya") zədə səbəbindən millinin düşərgəsini tərk edib.

 

Onların əvəzinə "Verder"dən Romano Şmid, "Salernitana"dan Flavius Danilyuka dəvət göndərib.

Qeyd edək ki, bundan əvvəl "Lask"ın qapıçısı Aleksander Şlager də zədə səbəbdən heyətdən kənarlaşdırılıb.

Avstriya millisi martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya yığmasını qəbul edəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI